“Neftçi”nin futbolçusu: “Dünyanın ən güclü qrossmeysterlərindən biri ola bilərdim”
08.07.2023 - 13:54
“Neftçi”nin futbolçusu: “Dünyanın ən güclü qrossmeysterlərindən biri ola bilərdim”

“Futbolu seçməsəydim, dünyanın ən güclü qrossmeysterlərindən biri ola bilərdim”.

Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kenni Sayef deyib. 

ABŞ-dan olan İsrail əsilli 29 yaşlı yarımmüdafiəçi Rusiya mətbuatına hobbisindən danışıb. Şahmatı çox sevdiyini deyən Kenni düşünür ki, idmanın bu növündə də uğur qazana bilərdi: “Bəli, saatlarla şahmat taxtasının arxasında oturmaq mənə böyük həzz və rahatlıq verir. Bu oyunu çox bəyənirəm. Demək olar ki, bütün böyük qrossmeysterlərin adlarını bilirəm. Vaxt olanda onların oyunlarını izləməyə çalışıram”.

Qeyd edək ki, 2022-ci ildə Belçika “Anderlext”indən paytaxt klubuna keçən Sayefin “Neftçi” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

0