"Neftçi"nin futbolçusu milliyə çağırılıb
11.03.2024 - 14:13
"Neftçi"nin futbolçusu milliyə çağırılıb

Yarımmüdafiəçimiz Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub.

Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib. 

23 yaşlı futbolçu martın 22-də Sudan, 25-də isə Botsvana yığması ilə yoldaşlıq görüşünə çağırılıb.

Qeyd edək ki, sol cinah müdafiəçisi bu səbəblə martın 23-də Bakıda "Spartak"a qarşı keçiriləcək yoldaşlıq matçını buraxacaq.

0