“Neftçi”nin futbolçusunun müalicəsi başa çatdı 
20.12.2023 - 16:11
“Neftçi”nin futbolçusunun müalicəsi başa çatdı 

“Neftçi”nin futbolçusu Nurəziz Əzizovun durumu bəlli olub.

Bakı klubunun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, gənc futbolçu müalicəsini başa vurub.

O, AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnib. Gənc oyunçu “Liv Bona Dea Hospital”dan evə buraxılıb.
 

0