
“Neftçi”Azərbaycan millisinin daha bir üzvünü ilə maraqlanır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” bu dəfə Ozan Can Kökçünü hədəfə alıb.
Millimizdə bu il debüt etmiş “Polesye”nin futbolçusu Emil Mustafayevi transfer etmək istəyən “flaqman” indi də Kökçünün xidmətində maraqlıdır. “Neftçi” yerli limitini məhz ölkə xaricində oynamış Azərbaycan pasportuna malik oyunçulardan yana istifadə etməyə çalışır.
Hazırda “Eyndhoven”də çıxış edən Kökçünün “Neftçi”yə hansı cavabı verəcəyi isə hələ ki, dəqiq deyil.
25 yaşlı yarımmüdafiəçi 2022-ci il avqustun 6-da Niderland klubuna keçib və 2025-ci il iyulun sonuna qədər həmin komandaya məxsusdur. O, əvvəllər “Bursaspor”, “Velveyk”, “Sabah”, “Giresunspor”, “Tesltar”da oynayıb.
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
- Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə