"Neftçi"nin legioneri milli komandasının düşərgəsinə getməyəcək
14.03.2024 - 12:28
"Neftçi"nin legioneri milli komandasının düşərgəsinə getməyəcək

"Neftçi”nin futbolçusu Alfa Kontenin şərəfini qoruduğu Syerra Leone milli komandasının Sudan və Botsvana yığmaları ilə martın 22-də və 25-də keçirməli olduğu yoldaşlıq oyunları ləğv olunub.

Bu barədə apasport.az-a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. 

Səbəb Sudan və Botsvana yığmalarının bu matçlardan imtina etməsidir. Buna görə də Konte milli komandanın düşərgəsinə yollanmayacaq. 

0