“Neftçi”nin məşqçisinə 5 oyunluq cəza
25.04.2025 - 15:26

Futzal üzrə “Neftçi İK”nin məşqçisi cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub:
24.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın 15-ci turunun Neftçi İK İB – Baku Fire oyununda Neftçi İK İB komandasının köməkçi məşqçisi Əli Hüseynov oyununun fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
0
0