"Neftçi"nin növbəti rəqibi bəlli oldu
10.01.2024 - 20:21
"Neftçi"nin növbəti rəqibi bəlli oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Ağ-qaralar" 2-ci yoxlama matçında Almaniya 3-cü liqa təmsilçisi "Sportverein Valdhof"la qarşılaşacaq. Görüş yanvarın 15-də Bakı vaxtı ilə 15:00-da baş tutacaq.

Qeyd edək ki, "Neftçi" ilk yoxlama matçında Türkiyə "Ərzurumspor"una uduzub - 1:3.

0