"Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb
19.03.2025 - 15:58
"Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, "Neftçi-2"nin qolkiperi Rəvan Kazımov 2 oyunluq cəzalandırılıb. 

Buna Əvəzedicilər liqasının XXVII turunun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının qapıçısının təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub. 

“Neftçi-2” komandası isə 200 manat cərimələnib.