"Neftçi"nin yeni məşqçi heyəti AÇIQLANDI
05.01.2024 - 16:56
"Neftçi"nin yeni məşqçi heyəti AÇIQLANDI

"Neftçi"nin məşqçilər heyəti müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dejan Mrvaljevic, Sasa Petrovic və eləcə də Adrian Mutunun vaxtında komandada çalışan Sənan Qurbanov yeni baş məşqçi Miodraq Bojoviçin köməkçiləri olacaq.

Fiziki hazırlıq üzrə məşqçi Dejan İlic, qapçıların hazırlığı üzrə məşqçi isə Emil Babayev təyin edilib.

0