Nemanya Ancelkoviç: “Bakıya yenə qayıdacam” - MÜSAHİBƏ
25.01.2023 - 13:29
Nemanya Ancelkoviç: “Bakıya yenə qayıdacam” - MÜSAHİBƏ

“Zirə”nin qış fasiləsində vidalaşdığı Nemanya Ancelkoviçin apasport.az saytına müsahibəsi

- “Zirə” ilə yollarınızı ayırmağınızın səbəbi nə oldu? 
- Müqaviləyə qarşılıqlı şəkildə xitam verdik. Çünki əsas komanda ilə toplanışa da getməmişdim. Həm mənim, həm də “Zirə” üçün ən yaxşısı Bakıda müqaviləyə xitam vermək idi. Belə də oldu.

- Özün komandada qalmaq istəyərdin?
- “Zirə”də oynadığım üçün çox şad idim və bu, xoş oldu. İnanın, “Zirə”ni çox sevirəm. Klubdakıların hamısı çox yaxşı insanlardır. Hər birinə də hörmətlə yanaşıram və onlara rəğbətim var.

- Yenidən Azərbaycana dönüşün mümkündür? Bəlkə karyeranı Azərbaycanın digər klubunda davam etdirəcəksən?
- Ümidvaram ki, nə vaxtsa Bakıya qayıdacam. Azərbaycanda oynamaq, yaşamaq mənim üçün çox xoş idi. Oranı çox sevdim. İnsanlar çox yaxşıdır. Ümidvaram ki, Bakıya yenə də qayıdacam.

- Yəni təklif olarsa, razılaşarsan?
- Əlbəttə. Yenidən Bakıya qayıdıb, Azərbaycanda oynamaq istəyərdim. Hər şeyi zaman göstərəcək.

- “Zirə” barədə hansı fikirdəsən? Səncə, onlar avrokublara vəsiqə qazanacaq?
- “Zirə” haqda yalnız xoş fikirdəyəm. Bu klubu sevirəm. Hər zaman da bu komandada sevərək oynamışam. Ümid edirəm ki, onlar avrokuboklarda oynayacaqlar.

- Azərbaycan Premyer Liqası xatirəndə necə qalacaq? Hansı komandanı və futbolçunu qeyd edərdin?
- Çempionatda yaxşı futbolçular çoxdur. Oynadığım dövrdə də bunu gördüm. Ona görə də, fərdi olaraq heç kimi ayıra bilmərəm.
 

0