Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, VIII oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə gəlib.
Həmyerlimiz norveçli dünya çempionuna qarşı qara fiqurlarla oynayıb və görüşdə 0,5 xalla ayrılıb. Bu, Məmmədyarovun “Altibox Norway Chess”də son matçı olub. Çünki Dinq Liren (Çin) yarışda mübarizəni dayandırdığından şahmatçımız sonuncu – IX turda istirahət edəcək. Onun tutacağı yer də bu gün baş tutacaq görüşlərdən sonra bilinəcək.
“Altibox Norway Chess” superturniri
VIII tur
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) – 1:0
Vişvanatan Anand (Hindistan) – Fabiano Karuana (ABŞ) – 0:1
Uesli So (ABŞ) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
Turnir cədvəli: Nakamura, Karlsen, Karuana, So – hamısı 4 xal; Aronyan, Anand, Məmmədyarov – 3,5; Karyakin – 3; Vaşye-Laqrav – 2,5.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub