O da "Fənərbaxça"dan ayrılır
14.01.2024 - 17:32
O da "Fənərbaxça"dan ayrılır

Daha bir futbolçu “Fənərbaxça” ilə yollarını ayıra bilər.

Apasport.az xəbər verir ki, “Ankaragücü” Linkoln Enrikenin keçidi üçün “sarı-lacivərt” komandaya müraciət edib.

Zədə səbəbindən 10 ay meydanlardan uzaq qalan 25 yaşlı braziliyalının bu keçidə müsbət yanaşdığı iddia olunur. Paytaxt klubunda baş məşqçi Əmrə Bəlazoğlunun rəhbərlikdən hücumameyilli yarımmüdafiəçinin transferini həll etməyi istədiyi bildirilir. Keçidin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Linkoln “Fənərbaxça”ya 2022-ci ildə portuqaliya “Santa Klara”sından 3,5 milyon avroya transfer edilib.   

0