“Olimpiakos” – “Qarabağ”: Maksimin PROQNOZU
03.10.2022 - 17:01
“Olimpiakos” – “Qarabağ”: Maksimin PROQNOZU

Avropa Liqasının III turunun “Olimpiakos” - “Qarabağ” oyununa proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Maksim Salliivon qarşılaşmaya ikiqat mərc edib.

Mütəxəssis oktyabrın 6-da Pireydə baş tutacaq görüşdə meydan sahiblərini daha şanslı hesab edir:

Yunanıstan çempionu qrup mərhələsində uğursuz start götürüb. Amma buna baxmayaraq meydan sahibləri ikinci ev oyununda müsbət nəticəyə ümid edə bilər.

Pirey klubu yaxşı futbolçu seçiminə malikdir. Bu heyət rəqiblə müqayisədə daha üstündür.

Bu yaxınlarda baş məşqçisini dəyişən “Olimpiakos”un doğma divarlar arasında yaxşı nəticələr qazanması adi hala çevrilib. Hesab edirəm ki, görüş “qırmızı-ağlar”ın üstünlüyü ilə keçəcək. 

“Qarabağ”ın hədəfi qrup mərhələsini adlamaqdır. Azərbaycan çempionu rəqiblərinə, o cümlədən “Olimpiakos”a qarşı da mübarizə aparmaq gücündədir.

Amma bu turda Yunanıstan klubu ən azı uduzmayacaq. Bu görüşdə komandalar ikisi birlikdə üçdən artıq qol vurmayacaq. Belə mərcin əmsalı 1,74-ə bərabərdir.

Proqnozum: 1X və 3,5 Alt
 

9