Türkiyənin İstanbul şəhərində 21-28 iyul tarixlərində 7-ci dəfə təşkil olunacaq Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya komandası debüt edəcək.
Apasport.az xəbər verir ki, paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunların 7 növündə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
Ölkəmizi parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova (47 kq), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kq), Hüseyn İsmayılzadə (70 kq) və Elnarə Nizamlı (60 kq), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev təmsil edəcək.
Qeyd edək ki, 33 ölkədən 700-ə yaxın idmançının iştiraki ilə təşkil olunacaq yarışlar 23-27 iyul tarixlərində paraatletika üzrə Enka İdman Mərkəzində, digər bütün idman növləri üzrə isə Cebeci İdman Kompelsində baş tutacaq.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!