“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.
Apasport.az xəbər verir ki, yarışda qadınlar arasında Xatirə İsmiyeva (J1, +70 kiloqram) və Dürsədəf Kərimova (J2, +70 kiloqram), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kiloqram) tatamiyə çıxacaq.
D.Kərimova və İ.Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paralimpiya Oyunlarına lisenziya qazanıblar.
X.İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib