Ovusudan vida: “Ürəyimdə olacaqsız”
31.01.2023 - 11:57
Ovusudan vida: “Ürəyimdə olacaqsız”

“Qarabağ”ın möhtəşəm azarkeşlərinə, Azərbaycanda yaşayanlara, mənim sevimli komanda yoldaşlarıma və klubda çalışmaqdan məmnunluq duyduğum hər kəsə. Sizə məni qəbul etdiyiniz, futbolçu kimi yetişmək üçün şans verdiyiniz üçün təşəkkür edirəm”. 

Apasport.az saytının məlumatına görə, bu fikirlər “Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabenaya məxsusdur.

Bir gün öncə Macarıstanın “Ferensvaroş” klubu ilə müqavilə imzalayan 26 yaşlı qanalı hücumçu instaqramda paylaşım edib. O, “Qarabağ” və azarkeşləri ilə vidalaşıb: “Həmişə nail olduqlarıma görə sizə minnətdar olacam. Ümid edirəm ki, sizə futbolun köməyi ilə sevinc bəxş edə bilmirəm və həmişə birgə keçirdiyimiz gözəl anları xatırlayacam. İndi yeni səhifəni başlamaq vaxtıdır. Allaha yoluma davam etmək üçün güc və sağlamlıq verdiyi üçün şükür edirəm. Çox sağ olun. Siz həmişə mənim ürəyimdə olacaqsız”.

Qeyd edək ki, Ovusu 2020-ci ilin yanvarında “Qarabağ”a keçmişdi.
 

0