Əfsanəvi futbolçu Dieqo Maradona maraqlı tələb irəli sürüb. Apasport.az saytının məlumatına görə, 58 yaşlı argentinalı bu gün dünya çempionatının qrup mərhələsinin Nigeriya ilə oyunundan öncə milli komandası ilə görüşmək arzusundadı.
O bildirib ki, baş məşqçi Xorxe Sampaolinin Argentina millisinə heç bir faydası yoxdu və futbolçuları motivasiya etmək üçün düşərgədə olması vacibdi: “Bayrağımızı müdafiə etməliyik. Bunun üçün də komanda ilə görüş keçirməyim gərəkdi”.
Qeyd edək ki, Nigeriya – Argentina oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qrupda qalma təhlükəsi ilə üzləşən Maradonanın həmyerliləri mütləq qələbə qazanmalı, Xorvatiyanın isə İslandiyaya qalib gəlməsinə ümid etməlidi.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub