Cənubi Koreyanın Çhunçhon şəhərində parataekvondo üzrə açıq dünya çağırış yarışı start götürüb.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
G4 kateqoriyalı turnirin ilk günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Taekvondo Federasiyasının dəstəyi ilə yarışa yollanan yığmanın heyətində İmaməddin Xəlilov (70 kq, K-44) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. Cənubi Koreyada Azərbaycan himnini səsləndirən təmsilçimiz qızıl medal qazanmaqla reytinqinə 40 xal da əlavə edib.
Sabah başa çatacaq turnirə milli 3 parataekvondoçu ilə qatılıb. Yarışda ölkəmizi Xəlilovla yanaşı, Sabir Zeynalov (58 kq) və Əbülfəz Abuzərli (80 kq) təmsil edir. Hər 2 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Qeyd edək ki, yığma Avropa paralimpiya çempionatında da 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib