Paraüzgüçümüz finala yüksəlib
05.09.2024 - 13:06
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Apasport.az xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.
O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.
Final bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0