Fransanın paytaxtı Parisdə keçirilən Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, Raman Saley millimizin aktivinə daha bir medal yazdırıb.
Paraüzgüçümüz S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb.
Xatırladaq ki, Saley Paris Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. İdmançımız 7 sentyabrda S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda mübarizə aparacaq.
Qeyd edək ki, Raman 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medal qazanıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı