Paris-2024: Raman Saleydən növbəti medal
07.09.2024 - 21:49
Paris-2024 Paralimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, paraüzgüçümüz Raman Saley növbəti medalını əldə edib.
O, S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc qazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finiş xəttinə üçüncü çatıb. Bu, onun Paralimpiadada 3-cü medalı olub.
Qeyd edək ki, Roman Saley bunadək Parisdə 1 gümüş və 1 bürünc medal qazanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0