Patrik Andrade: “Qurban Qurbanov həmin yolu tapmaq üçün çalışır”
15.01.2023 - 13:06
Patrik Andrade: “Qurban Qurbanov həmin yolu tapmaq üçün çalışır”

“Kadi Borges çox yaxşı futbolçudur. Onun “Krasnodar”a keçidi özü üçün yaxşı sayıla bilər. Çünki maraqlı və çox yaxşı oyunçudur. Rusiyadakı karyerasının uğurlu alınacağını düşünürəm”. 

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade deyib. 

Hazırda Serbiyanın “Partizan”ının şərəfini qoruyan yarımmüdafiəçisi “öncə sən, daha sonra Vadji, ardınca Kadi getdi, bu, “Qarabağ”a necə təsir edəcək” sualına cavabı qısa olub: “Futbolçuların gedişi komandaya təsir edə bilməz. Mən orada oldum və gördüm ki, “Qarabağ” çox böyük klubdur”. 

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” “Gent”lə üz-üzə gələcək. Andradenin fikrincə, Ağdam klubunun Belçika təmsilçisini turnirdən kənarlaşdırmaq şansı var: “Məncə, “Qarabağ” yaxşı futbol nümayiş etdirəcək. Bunu onsuz da hər zaman edirlər. Əminəm ki, Qurban Qurbanov hazırda komandasını “Gent”lə oyuna yaxşı hazırlamağın yolunu tapmaq üçün çalışır. Bunu da edə biləcəklərinə və “Gent”lə matçda uğurlu olacaqlarına inanıram. Bu mövsüm də “Qarabağ” avrokuboklarda uğurlu çıxış etdi”.

Sonda isə Patrik həmyerlisi - “Qarabağ”dakı sabiq, millidən isə hazırkı komanda yoldaşı Leandro Andrade haqda fikirlərini söyləyib. Onun sözlərinə görə, Leandroya zaman lazımdır: “Leandro çox yaxşı futbolçudur. Millidə də bir yerdəyik, “Qarabağ”da da birlikdə oynamışıq. Onun zamanı var. Addım-addım irəliləyəcək. Leandro daha da yaxşı ola bilər. Zamanla onun üçün hər şey daha yaxşı alıncaq”.

0