PFL Azərbaycan Kubokunun qalibi oldu
05.06.2025 - 16:20
PFL Azərbaycan Kubokunun qalibi oldu

Futzal üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan" və PFL klubları üz-üzə gəlilər.

Qarşılaşma Peşəkar Futbol Liqasının komandasının qələbəsi ilə yekunlaşıb. Hesabda geri düşən "Araz-Naxçıvan" status-kvonu bərpa etsə də (1:1), ardınca qapısından 6 top buraxıblar. Nəticədə 7:1 hesablı ilə qalib gələn PFL Azərbaycan kubokunu qazanıb.

Azərbaycan Kuboku
Final
5 iyun
14:00. "Araz-Naxçıvan" – PFL - 1:7
Hakimlər:
 Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Olimpik Star

Qeyd edək ki, başa çatan mövsümdə"Araz-Naxçıvan" Yüksək Liqanın, PFL I Liqanın qalibi olub.