Edinson Kavani ciddi zədədən qaça bilib. Apasport.az-ın Uruqvay Futbol Federasiyasının saytına istinadən məlumatına görə, Portuqaliya ilə oyunda zədələnən hücumçu nüvə maqnetik rezonans metodikasının köməkliyilə müayinə edilib.
Nəticədə, həkimlər Kavaninin sol ayağının qastroknemius əzələsində şiş olduğunu müəyyənləşdiriblər. Onun əzələ toxumasında yırtıq aşkarlanmayıb.
Yaxın günlərdə 31 yaşlı forvard Uruqvay millisinin tibbi heyətinin nəzarəti altında fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Edinson Kavani dünya çempionatının 1/8 finalı çərçivəsində Portuqaliya ilə oynanılan matçın ikinci hissəsində sıradan çıxmışdı.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub