Portuqaliyalı hücumçu “İmişli”də - RƏSMİ
31.01.2026 - 20:56
Portuqaliyalı hücumçu “İmişli”də - RƏSMİ

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 24 yaşlı mərkəz hücumçusu ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib. Hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qolla yadda qalıb.