Portuqaliyalı vinger “Qəbələ”də
28.07.2026 - 19:28
Portuqaliyalı vinger “Qəbələ”də

“Qəbələ” yeni futbolçu ilə anlaşıb. 

Apasport.az xəbər verir ki, komanda Bruno Silvanı heyətinə cəlb edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib. 

O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.