Premyer Liqa klubları Bakı Olimpiya Stadionunda
10.10.2023 - 16:00
Premyer Liqa klubları Bakı Olimpiya Stadionunda

“Araz-Naxçıvan” və “Turan Tovuz” arasında yoldaşlıq oyununun yeri və vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, bunu Naxçıvan təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilə dövründəki matç oktyabrın 14-də baş tutacaq. Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, bu komandaların Premyer Liqanın I turundakı matçında Tovuz təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
 

0