Premyer Liqada 100-cü sülh
16.12.2023 - 17:27
Premyer Liqada 100-cü sülh

“Sumqayıt” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini edib. 

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə səfər görüşündə 1:1 hesablı bərabərliyə imza atıb. Sumqayıtlılar Premyer Liqada 100 və daha çox heç-heçə edən 10-cu komandadır.

“Gənclik şəhəri” təmsilçisi 2011/12 mövsümündən Premyer Liqada çıxış edir. Sumqayıtlılar ilk heç-heçəsi 2011-ci sentyabrın 11-də “Qarabağ”la ev matçına təsadüf edib – 0:0.
 

0