Premyer Liqada komanda sayı artırılmayacaq
13.05.2024 - 19:18
Premyer Liqada komanda sayı artırılmayacaq

Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək.

Apasport.az xəbər verir ki, bunu bu gün baş tutan AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövşən Nəcəf deyib.

Alınan qərara əsasən, Premyer Liqada 2024-2025 mövsümündə komanda sayında heç bir dəyişiklik olmayacaq.

Belədə,  "Qəbələ"nin aşağı liqaya düşəcəyi dəqiqləşib.

Milli komandanın yeni baş məşqçisinin kim olacağı barədə isə hər hansı məlumat verilməyib. 

0