Premyer Liqada yenilik
28.03.2025 - 00:34

İngiltərə Premyer Liqasında yeni mövsümün yay transfer pəncərəsinin vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, bu dəfə keçid dövrü iki hissədən ibarət olacaq.
Transfer pəncərəsinin ilk dövrü iyunun 1-dən 10-dək olan müddəti əhatə edəcək. Belə yenilik klublararası dünya çempionatına qatılacaq komandaların heyətini gücləndirməsinə xidmət edir. İyunun 16-da yenidən açılacaq transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.
Qeyd edək ki, iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək çempionatda İngiltərəni “Mançester Siti” ilə “Çelsi” təmsil edəcək.
0
0