Problemli matç başa çatdı
24.12.2023 - 12:46
Problemli matç başa çatdı

Bu gün Premyer Liqada ikinci dövrəyə yekun vurulur. 

Apasport.az xəbər verir ki, XVIII turun son oyun günü Tovuzda start götürüb.

Belə ki, dünən keçirilməli olan "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü 81-ci dəqiqədə güclü külək nəticəsində aşdığına görə yarımçıq dayandırılmışdı.

PFL-in qərarına əsasən qalan 9 dəqiqə bu gün saat 12:00-da oynanılıb. Matç təxirə salınandək hesabda 2:1 irəlidə olan tovuzlular sonda daha bir qol vuraraq inamlı qələbə qazanıb.

Bununla da Ayxan Abbasovun komandası aktivindəki xalların sayını 22-ə çatdıraraq "Sabah"a çatıb və şəxsi oyunlardakı nəticəyə görə 7-ci pilləni ələ keçirib. 

 

 

 

 

24 dekabr (bazar)

12:00. "Turan Tovuz" – "Araz-Naxçıvan" - 3:1

Qolllar: Xəyal Nəcəfov, 5, Bruno Qonçalves, 16, Ayxan Hüseynov, 89 - İsmael Azzau, 58


Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz. Şəhər stadionu

İlk dövrədəki matç - 3:0

 

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con

 

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov

 

Baş məşqçi: Ayxan Abasov 

 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

 

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Kadiri Mohammed


Baş məşqçi: Azər Bağırov

0