Qadın futbolçularımız B Liqasına yüksəlib
02.12.2023 - 00:05
Qadın futbolçularımız B Liqasına yüksəlib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, C Liqasında yer alan milli komandamız 3-cü qrupun V turunda Kiprin qonağı olub.

Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.

Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla darmadağın edib. 

0