"Qalatasaray" istədi, "Fənərbaxça" aldı: İstanbula gəlir
22.01.2025 - 15:16
Super Liqa təmsilçilərindən "Fənərbaxça" Slovakiya millisinin və PSJ-nin futbolçusu Milan Şkriniarı heyətinə qatmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.
İstanbul nəhəngi 29 yaşlı müdafiəçi ilə hər mövzuda razılıq əldə edib.
Ulduz müdafiəçini gətirən təyyarə bu gün saat 16:30-da İstanbulda olacaq.
Milan tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "sarı-lacivərdlilər"in əzəli rəqibi "Qalatasaray" da daha əvvəl Şkriniarla maraqlanırdı.
- Millimiz təlim-məşq toplanışında yoxlama oyunları keçirəcək
- Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"
- Arif Əsədov: "Bu, "Qarabağ" üçün son şansdır" - Açıqlama
- Adrian Pit: "Qarabağ" "Xəzər Lənkəran"dan fərqli olaraq, heç vaxt vaz keçmədi"
- Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"
0
0