"Qalatasaray"ın futbolçusu zədələnib
14.03.2024 - 15:19

Türkiyə Süper Liqa təmsilçisi "Qalatasaray"ın və Kolumbiya millisinin müdafiəçisi Davinson Sançez zədələnib.
Apasport.az xəbər verir ki, müdafiəçi ən az 2 həftə daha meydanlardan uzaq qalacaq.
Müalicəsi davam edən kolumbiyalı futbolçu bu həftə keçiriləcək “Kasımpaşa” matçında oynamayacaq.
“Sarı-qırmızılar” müdafiəçinin zədəsi ilə bağlı son vəziyyəti Kolumbiya Futbol Federasiyasına bildirib.
Qeyd edək ki, Kolumbiya martın 22-i cümə günü İspaniya ilə, martın 26-da isə yoldaşlıq görüşündə Rumıniya ilə qarşılaşacaq.
- "Kəpəz"in futbolçusunun cəzası dəyişdirildi
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
0
0