“Qarabağ” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
21.11.2025 - 20:54
“Qarabağ” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

"Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Görüş saat 19:00-da start götürüb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 6 qola şahidlik ediblər. Oyun qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası
XII tur

19:00. "Sumqayıt" - "Qarabağ" 2:4

Qollar: Höccət Haqverdi, 30, Nsana Simon, 83 - Leandro Andrade, 6, Toral Bayramov, 42, Abdullah Zubir, 63, Aleksey Kaşuk, 90+3

Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu