"Qarabağ" alban hücumçu transfer etdi
24.01.2023 - 23:04
"Qarabağ" alban hücumçu transfer etdi

"Qarabağ" alban hücumçu Redon Cicanı transfer edib.

Apasport.az xəbər verir ki, Ağdam klubu bununla bağlı video yayıb.

Qeyd edək ki, Redon Cicanın son klubu Albaniyada "Tirana" olub. O, 2021-2023-cü illərdə çıxış etdiyi "Tirana" ilə Albaniya çempionatında 46 oyuna 25 qol vurub. 24 yaşlı oyunçu millisində 2 matç keçirib. O daha çox hücumun sol cinahında çıxış edir. 

0