Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə start verib.
Apasport.az saytı xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde”yə qalib gəlib.
"Qarabağ" tarixində ilk dəfə qrup mərhələsini qələbə ilə başlayıb. Oyunun taleyini qol həll edib. Leandro Andrade 55-ci dəqiqədə uzaqdan zərbə ilə topu qapıdan keçirib. Qalan dəqiqələrdə Norveç çempionu çox çalışsa da, hesabı bərabərləşdirmək mümkün olmayıb. Əvəzində "Qarabağ"ın ikinci qolu vurmaq üçün bir neçə şansı olub. Amma hesab arasındakı fərqi artırmaq mümkün olmayıb.
Qeyd edək ki, qrupun digər matçında “Bayer” Leverkuzendə “Haken”in qapısından 4 cavabsız top keçirib.
Avropa Liqası
Qrup mərhələsi
21 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 1:0
Qol: Leandro Andrade, 55
Baş hakim: Con Bitona (Şotlandiya)
"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)
Baş məşqçi: Erlinq Moe
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda