"Qarabağ" azarkeşlərinə görə cərimələndi
05.04.2024 - 16:27
"Qarabağ" azarkeşlərinə görə cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Kuboku ½ final ilk oyunlar

02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

II Liqa XIX tur

01.04.2024-cü il tarixində II Liqada XIX turun “Sheki City” – “Şəmkir” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun 12 nömrəli futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 41);

02.04.2024-cü il tarixində II Liqada XIX turun “Qusar” – “Kür-Araz” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

02.04.2024-cü il tarixində II Liqada XIX turun “Şəfa” – “Kürmük Qax” oyununun 41-ci dəqiqəsində “Kürmük Qax” klubunun 7 nömrəli futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 41);

02.04.2024-cü il tarixində II Liqada XIX turun “Şəfa” – “Kürmük Qax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 51.2).

01.04.2024-cü il tarixində II Liqada XIX turun “Baku Sportinq” – “Füzuli” oyununda “Füzuli” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Füzuli” klubu 100 manat cərimə edilir (maddə 91);

01.04.2024-cü il tarixində II Liqada XIX turun “Ağdaş” – “Göygöl” oyununda “Ağdaş” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 91).

0