"Qarabağ" "Linkoln"a qalib gəldi- YENİLƏNİB
23.07.2024 - 21:53
"Qarabağ" "Linkoln"a qalib gəldi- YENİLƏNİB

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Linkoln”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Komandalar arasında cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq. 

Qeyd edək ki, Ağdam təmsilçisi "Linkoln" (Cəbəllütariq) səddini aşacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

23 iyul

Çempionlar Liqası, 

II təsnifat mərhələsi, ilk oyun.

20:00. "Linkoln" - "Qarabağ" 0:2

Qol: Juninyo, 45+2, Toral Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)

 "Linkoln": 1. Santana, 24. Serqeant, 6. Bernardo Lopes (k), 21. Nano, 20. Britto, 15. Munyos, 10. De Barr, 23. Co, 22. Torriya, 11. Valarino, 18. Toni

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

"Qarabağ": 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular:  1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 35.İbrahim Ramazanov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

 

0