Klozedən Mahir Emreli ilə bağlı açıqlama
29.10.2024 - 14:38

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçu Mahir Emreli haqda fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, mütəxəssis komandanın hücumçuları Emreli və Tzimasın performansından məmnun olduğunu söyləyib:
“Performanslarından məmnunam, ancaq onlar mənim istədiyim səviyyədən hələ uzaqdadırlar. Mahiri bir az daha işin içinə qatmaq istəyirəm. Onun topla hərəkət edən zaman situasiyaları idarə etmək məsələsində necə dinamik olduğunu görürük”.
Mahir “Nürnberq”lə son iki oyunda iki qol vurub.
- Azərbaycanda son 10 mövsümün rekordu
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- "Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
0
0