“Qarabağ” dünya reytinqində irəlilədi, “Neftçi” və “Sabah” gerilədi
11.10.2023 - 10:30
İFFHS klubların dünya reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, cədvəldə planetin 415 klubu yer alıb.
Azərbaycan siyahıda üç klubla təmsil olunub. Son çempion “Qarabağ” 144,5 xalla dünyanın 61-cisidir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ötən ayla müqayisədə 3 pillə irəliləyib.
“Sabah” 63,5 xalla 302-ci yerdə qərarlaşıb. Murad Musayevin yetirmələri 16 pillə geriləyib.
“Neftçi” siyahıda 318-cidir. 61,75 xala malik Adrian Mutunun komandası 7 pilləlik eniş yaşayıb.
Qeyd edək ki, cədvələ 304 xala malik “Mançester Siti” başçılıq edir.
- AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib
- Yeqor Xvalko: "Azər Bağırov vəziyyəti dəyişəcək" - Müsahibə
- AFFA bölgə klubunun futbolçusuna 4 oyunluq cəza verib
- "Neftçi"nin gələcəyi hesab edilən Lorenzo “Sampdoriya”da - Müsahibə
- "Turan Tovuz"un futbolçusu: "Bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir"
3
0