"Qarabağ" dünya reytinqində irəliləyib
10.12.2024 - 09:34

"Qarabağ" dünya klublarının reytinq siyasında irəliləyib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi 502 komandanın yer aldığı siyahıda 177,5 xalla 67-ci yerdə qərarlaşıb.
Mövqeyi dəyişməyən "Zirə" (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən "Sabah" (62,5 xal) isə 409-cu olub.
Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Qeyd edək ki, İspaniyanın "Real" klubu 388 xalla birinci pillədə qərarlaşıb.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
0
0