"Qarabağ" - FCSB matçının təyinatları bəlli olub
21.01.2025 - 13:13
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Rumıniyanın “FCSB” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu FIFA referisi Filip Glova idarə edəcək.
Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq “Qarabağ” – “FCSB” görüşü saat 21:45-də başlayacaq.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
0
0