“Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarıldı
28.11.2023 - 14:46
“Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarıldı

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletləri iticket.az-da satılır. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər isə 250 manat ödəməlidir. 

2