“Qarabağ” Monteneqro millisinin futbolçusunu istəyir
20.06.2022 - 12:30
“Qarabağ” Monteneqro millisinin futbolçusunu istəyir

Monteneqro millisinin futbolçusu Marko Yankoviç “Qarabağ”a keçə bilər.

Apasport.az saytının “news.middleeast” saytına istinadən məlumatına görə, Azərbaycan çempionu Təl-Əviv “Hapoel”indən ayrılmağa hazırlaşan yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi “Hapoel”dən ayrılmaq fikrindədir. İsraillilərlə müqaviləsi davam edən Yankoviçin sərbəst qalma məbləği 150 min avrodur. Bir neçə klub onu heyətinə qatmaq fikrindədir ki, onlardan biri də məhz “Qarabağ”dır.

Qeyd edək ki, Marko Yankoviç ötən ilin əvvəlindən “Hapoel”in formasını geyinir.
 

0