“Qarabağ” mövqeyini qorudu, “Molde” irəlilədi
01.12.2023 - 17:16
“Qarabağ” mövqeyini qorudu, “Molde” irəlilədi

Klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycanı “Top-100”də yalnız bir komanda ilə təmsil olunub.

Son ölkə çempionu “Qarabağ” Avropada 63-cüdür. Avropa Liqasının qrup mərhələsinin V turunda “Molde” ilə 2:2 hesablı heç-heçə edən Ağdam klubu aktivinə 1 xal yazaraq mövqeyini qoruyub.

Qurban Qurbanovun yetirmələrinin 27,000 xalı var. “Qarabağ” 61-62-ci yerləri bölüşən “Bodo Qlimt” və “Fənərbaxça”dan 1,000 xal geri qalır.

Ağdam klubunun ən yaxın izləyiciləri “Molde”, ÇFR və Kiyev “Dinamo”su 26,500 xala malikdir. Norveç klubu “Qarabağ”la heç-heçədən sonra irəliləyib.

Qeyd edək ki, siyahıya 139,000 xala malik “Mançester Siti” başçılıq edir.

0