"Qarabağ" ölkə kubokunun finalında - YENİLƏNİB
24.04.2024 - 21:51
"Qarabağ" ölkə kubokunun finalında - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları baş tutacaq.

Apasportun xəbərinə görə, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Neftçi"ni qəbul edəcək.

Böyük ölçüdə finala vəsiqəni təmin edən "Qarabağ" ilk matçda qazandığı qələbənin rahatlığı ilə matça çıxacaq.

Miodraq Bojoviçin yetirmələrinə isə finala çıxmaq üçün ciddi möcüzə lazımdır. 

Belə ki, "Neftçi Arena"da baş tutan ilk qarşılaşmada "Qarabağ" rəqibi üzərində 4:0-lıq inamlı qələbə qazanıb.
 

Azərbaycan Kuboku

½ final mərhələsi

20:00. "Qarabağ" – "Neftçi" 4:1

Qol: Juninyo, 16, 69. Qara Qarayev, 62 (ö.q). Nəriman, 77 - Mirzov, 64

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
VAR: Kamal Umudlu
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Neftçi": 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanskiy, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski

Baş məşqçi: Miodraq Bojoviç

0