"Qarabağ" - "Neftçi" oyununda təyinat dəyişikliyi
17.12.2023 - 16:21
"Qarabağ" - "Neftçi" oyununda təyinat dəyişikliyi

Misli Premyer Liqasının sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun AFFA nümayəndəsi təyinatında dəyişiklik olub.

Apasport.az xəbər verir ki, qarşılaşmada Aslan Şahgəldiyevi Seymur Səlimli əvəz edəcək.

Qeyd edək ki, Aslan Şahgəldiyev və digər PFL əməkdaşları Ağdam rayonu ərazisində ağır yol qəzasına düşüblər.

0