"Qarabağ" “Neftçi”ni darmadağın etdi - YENİLƏNİB
02.04.2024 - 21:53
"Qarabağ" “Neftçi”ni darmadağın etdi - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"da keçirilən qarşılaşma ağdamlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

2 aprel

Azərbaycan Kuboku

Yarımmfinal

20:00. "Neftçi" - "Qarabağ" 0:4 

Qol: Toral Bayramov, 14 (p), M. Yankoviç, 37. Nəriman, 86

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”.

 

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

0