“Qarabağ” ona təklif göndərdi – 4 illik müqavilə
02.02.2023 - 15:41
“Qarabağ” ona təklif göndərdi – 4 illik müqavilə

Qış fasiləsində Adama Diakabi, Redon Cica və Yassin Benzia ilə müqavilə imzalayan “Qarabağ”ın növbəti transfer hədəfi məlum olub.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Telmu Arkanju ilə təmasa keçib.

“Köhlən atlılar” Kapo-Verde yığmasının yarımmüdafiəçisini heyətinə qatmaq üçün ilk addımı da atıb. Ağdam təmsilçisi bu məqsədlə Portuqaliya “Tondela”sına rəsmi təklif göndərib.

“Qarabağ” afrikalı hücumameylli oyunçuya 4 illik müqavilə təklif edib (sportinfo.az).

“Belenseneş”in yetirməsi 2019-cu ildən “Tondela”nın formasını geyinir və meydana çıxdığı 26 matçda hələ qol vurmayıb.

0